Bakı sakini kanalizasiya quyusuna düşərək ölüb

Bakı sakini kanalizasiya quyusuna düşərək ölüb
# 30 iyul 2012 10:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı sakini kanalizasiya quyusuna düşərək ölüb. Bu barədə APA-ya Nizami rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, Bakı şəhər sakini Seyran Axundov Nizami rayonu ərazisində açıq qalmış kanalizasiya quyusuna yıxılaraq xəsarət alıb. Yaxınlıqdakı şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilən S. Axundov aldığı xəsarətdən orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR