Azərbaycanda iqtisadi artım tempi 1,3%-ə düşüb

Azərbaycanda iqtisadi artım tempi 1,3%-ə düşüb
# 14 sentyabr 2012 13:34 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ÜDM-in 67,3%-i məhsul istehsalı sahələrində, o cümlədən 51,9%-i sənayedə, 9,6%-i inşaat kompleksində, 5,8%-i kənd təsərrüfatında yaradılıb.

Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26,5%, o cümlədən nəqliyyatda 4,8%, ticarət və pullu xidmətdə 8,2%, rabitədə 1,7%, sosial və digər xidmətlərdə 11,8% təşkil edib. ÜDM-in 6,2%-i məhsula və idxala xalis vergilərin payına düşüb. Orta hesabla əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 3 838,4 manat (4 883,4 ABŞ dolları) təşkil edib.

Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10,7% artıb, neft sektorunda isə 6,8% azalıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ÜDM 4,6% artaraq 59,3 mlrd. dollara çatacaq. Adambaşına düşən ÜDM-in həcmi isə 6 min dollardan çox olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR