Türkiyə vətəndaşı Xırdalanda bədbəxt hadisə nəticəsində ölüb

Türkiyə vətəndaşı Xırdalanda bədbəxt hadisə nəticəsində ölüb
# 12 iyul 2012 12:08 (UTC +04:00)
Bakı-APA. Abşeron rayonunun Xırdalan şəhərində bədbəxt hadisə baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 11-də Xırdalan şəhərinin ərazisindəki avtomobillərin təmiri sexinin həyətində qeydə alınıb. Orada usta işləyən Türkiyə vətəndaşı Ali Əkbər Kayan oğlu yük avtomaşınını təmir edərkən qaldırıcı qurğu sınıb və avtomaşın onun üstünə düşüb. Nəticədə Ali Əkbər Kayan oğlu aldığı xəsarətdən dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR