Azərbaycanda daha bir bank neftçilər üçün güzəştli kredit kampaniyasına başlayıb

Azərbaycanda daha bir bank neftçilər üçün güzəştli kredit kampaniyasına başlayıb
# 20 sentyabr 2012 13:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Nikoil Bank» 20 sentyabr - Neftçilər Günü münasibəti ilə bu sahədə çalışanlar üçün güzəştli kredit kampaniyasına start verib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 30-na qədər davam edəcək kampaniya çərçivəsində neft sahəsində işləyənlər üçün kreditlər üzrə illik faiz dərəcəsi 17%-dən 12,9%-ə qədər endirilib.

Bundan başqa, 1000 manata qədər krediti zaminsiz almaq mümkündür. Ümumilikdə isə kreditin maksimal məbləği 5000 manat təşkil edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR