Rezidenturaya qəbul imtahanları nəticəsində müsabiqəyə buraxılmış namizədlərlə görüş keçirilib

Rezidenturaya qəbul imtahanları nəticəsində müsabiqəyə buraxılmış  namizədlərlə görüş keçirilib
# 11 sentyabr 2012 14:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Tibb Universitetində Səhiyyə Nazirliyi sistemi üzrə təhsil, elm müəssisələri və klinikaların nümayəndələri ilə rezidenturaya qəbul imtahanları nəticəsində müsabiqəyə buraxılmış namizədlərlə görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ATU-nun rektoru Əhliman Əmiraslanov deyib ki, bu il Azərbaycanda rezidenturaya ayrılan plan yerlərinin və rezidenturalar yaradılan tibb müəssisələrinin sayı artırılıb: “Ötən il rezidenturaya 300 yer ayrılmışdı, bu il isə yerlərin sayı 555-dən çoxdur. Rezident hazırlayacaq tibb müəssisələrinin sayı isə 27-yə çatdırılıb. Bu il təkcə ATU-nin stomatoloji, onkoloji və terapevtik klinikalarına 140 rezident gərəkdir”.

Rektor qeyd edib ki, rezidenturaya qəbul imtahanlarında uğur qazananların əksəriyyəti ATU-nin məzunlarıdır: “ATU-nun 200 nəfər məzunu xarici ölkələrdə rezidenturaya qəbul olub. Bu il təkcə 40 nəfər Almaniyadarezidenturaya qəbul olub”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə isə deyib ki, rezidenturaya keçirilən qəbul imtahanlarının nəticələri dərindən araşdırılacaq: “TQDK rezidentura ilə bağlı qəbul proqramlarının təkmilləşdirilməsi üçün bütün metodiki köməyi göstərməyə hazırdır. İxtisas seçimi başa çatdıqdan sonra boş qalan yerlər olarsa, həmin yerlərə də qəbul elan ediləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR