ABŞ-ın xüsusi tapşırıqlar üzrə elçisi Azərbaycanda qadın hüquqlarını və gender bərabərliyini müzakirə edəcək

ABŞ-ın xüsusi tapşırıqlar üzrə elçisi Azərbaycanda qadın hüquqlarını və gender bərabərliyini müzakirə edəcək
# 02 noyabr 2012 21:51 (UTC +04:00)
Nyu-Hempşir, Viktoriya Dementyeva – APA. ABŞ-ın qadın məsələlərinə dair xüsusi tapşırıqlar üzrə elçisi Melani Vervir Azərbaycanda səfərdədir.

APA-nın ABŞ Dövlət departamentinin məlumatına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində noyabrın 2-dən 5-dək M.Vervir rəsmi şəxslər, QHT nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlərdə Qafqazda və o cümlədən Azərbaycanda qadınların hüquqları, gender bərabərliyi, ABŞ-ın qadın hüquqları və imkanlarının genişlənməsi üçün göstərə biləcəyi yardım müzakirə olunacaq.

Həmçinin M.Vervir bölgədəki sülhyaratma prosesində fəal iştirak edən qadın liderlərlə də görüşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR