Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,6% yüksəlib
# 17 sentyabr 2012 07:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 13 593 bəndədək, S&P 500 0,4% - 1 466 bəndədək, Nasdaq 0,9% - 3 184 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə Federal Ehtiyat Sisteminin qərarı təsir edib. Belə ki, FES-in iclasında hər ay 40 mlrd. dollar həcmində ipoteka qiymətli kağızların geri alınması barədə qərar qəbul olunub.

Avropa fond bazarlarında sentyabrın 14-də FTSE 100 indeksi 1,6% - 5 916 bəndədək, Almaniya DAX-ı 1,4% - 7 412 bəndədək, Fransa CAC-40-ı 2,3% - 3 582 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 776,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3129 (+0,8%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR