ADP-nin növbəti toplantısı keçirilib

ADP-nin növbəti toplantısı keçirilib
# 24 sentyabr 2012 14:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda dünya ictimaiyyəti Suriya olaylarının qarşısını almaq üçün bütün səylərini birləşdirməyə çağırılıb, Rusiyanın Azərbaycanın sərhədləri hüdudunda Ermənistanla birgə hərbi təlimlərə başlamasından ciddi narahatlıq ifadə olunub, bunun ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlət kimi üzərinə götürdüyü sülh missiyası ilə bir araya sığmadığı diqqətə çatdırılıb.

İdarə Heyəti üzvləri Rusiyada “Azadlıq” radiosunun orta dalğada yayımlanmasının dayandırılmasına edilən cəhdləri də pisləyib.

Yığıncaqda Gürcüstanda hadisələrin gərginləşməsindən, rusiyapərəst qüvvələrin M. Saakaşvilini devirərək hakimiyyətə gəlmə cəhdlərindən narahat olduğunu bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR