Ermənistan parlamentinin spikeri Macarıstana səfərini təxirə salıb

Ermənistan parlamentinin spikeri Macarıstana səfərini təxirə salıb
# 31 avqust 2012 18:27 (UTC +04:00)
Bakı-APA. Ermənistan parlamentinin spikeri Ovik Abramyan Macarıstana edəcəyi rəsmi səfəri qeyri-müəyyən müddətə təxirə salıb. Bu barədə APA Armenia Today-ə istinadən məlumat verir.

Səfər Macarıstan parlamenti sədrinin dəvəti ilə sentyabrın sonlarında həyata keçirilməli idi. Ermənistan parlamenti mətbuat xidmətinin məlumatına görə, Macarıstanın Ramil Səfərovu Azərbaycana ekstradisiya etmək barədə qərarı ilə bağlı Ovik Abramyanın bu ölkəyə səfəri qeyri-müəyyən müddətə təxirə salınır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR