Rusiyada bir kənd tamamilə yanıb

Rusiyada bir kənd tamamilə yanıb
# 21 aprel 2012 09:05 (UTC +04:00)
Ötən gün alov üç saat ərzində kənddəki 200-dək yaşayış evi və həyətyanı tikililəri məhv edib. Həmçinin, kənddə taxta sexi, neft bazası, meyvə anbarı yanıb. Yanğın nəticəsində 120 nəfər, o cümlədən 28 uşaq evsiz qalıb.

APA-nın məlumatına görə, hazırda Tıqda kəndində yanğınsöndürənlər işini davam etdirir, psixoloqlar güclü stress keçirmiş yerli sakinlərlə görüşür. Son məlumatlara görə, yanğın zamanı evdən çıxa bilməyən bir yaşlı qadın yanıb, daha bir qadın isə ciddi yanıq xəsarəti ilə yerli xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, yanğına səbəb taxta sexi yaxınlığındakı yonqarın alovlanması olub. Güclü külək isə yanğını qısa zaman ərzində ətraf əraziyə yayıb.

Amur vilayətinin rəhbərliyi zərərçəkmiş şəxslərə kompensasiyanın ödəniləcəyini və yeni evlərinin tikiləcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR