Sabah Ukraynada parlament seçkiləri keçiriləcək

Sabah Ukraynada parlament seçkiləri keçiriləcək
# 27 oktyabr 2012 13:54 (UTC +04:00)
Bakı – APA. Sabah Ukrayna Ali Radasına seçkilər keçiriləcək. APA-nın xəbərinə görə, qanunvericiliyə uyğun olaraq bu gündən seçkiqabağı təbliğat-təşviqat kampaniyası dayandırılıb.

Ukrayna tarixində ilk dəfə olaraq parlament ilk dəfə olaraq majoritar və proporsional sistemlər arasında bərabərlik gözlənilməklə formalaşacaq. Yəni Ukrayna seçiciləri 225 deputatı majoritar, 225 deputatı isə proporsional seçki sistemi əsasında seçəcək.

Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə, parlament seçkilərində 87 siyasi partiya iştirak edəcək. Bu partiyalardan cəmi 21-i seçkiyə öz siyahısı ilə gedir. Qalan partiyalar isə seçkilərə birmandatlı dairələrdən qatılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR