Fəxri adlara layiq görülən bir qrup mədəniyyət və incəsənət xadiminə vəsiqələr təqdim edilib - FOTOSESSİYA

Fəxri adlara layiq görülən bir qrup mədəniyyət və incəsənət xadiminə vəsiqələr təqdim edilib - <font color=red>FOTOSESSİYA</font>
# 30 oktyabr 2012 10:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əblüfəs Qarayev ölkə başçısı İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülən bir qrup mədəniyyət və incəsənət xadiminə vəsiqələri təqdim edib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Əbülfəs Qarayev ölkədə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının yüksək səviyyədə olduğunu bildirib.

Nazir onu da qeyd edib ki, son illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra layihələr həyata keçirilib və bunun sayəsində Azərbaycan mədəniyyəti çox geniş şəkildə təbliğ olunub: “Bunun bariz nümunəsidir ki, Azərbaycanın incəsənət ustaları beynəlxalq səviyyəli tədbirlərdə iştirak edir və yüksək mükafatlara layiq görülürlər”.

Daha sonra Ə. Qarayev fəxri adlara layiq görülən bir qrup mədəniyyət və incəsənət xadimlərinə vəsiqələri təqdim edib.

Səidə Quliyeva, Yalçın Adıgözəlov, Simarə İmanova və Eldar Mansurova xalq artisti, Sürəyya Ağayeva, Sənubər Bağırova, Tahir Əkbərov və Nadir Əzimova “Əməkdar incəsənət xadimi”, Səlim Abbasov, Süleyman Abdullayev, Teymur Əmrahov, Vaqif Əliyevə əməkdar artist və daha bir neçə şəxsə “Əməkdar mədəniyyət işçisi” fəxri medalı təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR