Hafiz Hacıyev Böyük Britaniya səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi ilə görüşüb

Hafiz Hacıyev Böyük Britaniya səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi ilə görüşüb
# 15 may 2012 14:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Endrü Harvey ilə görüşüb.

MMP-dan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Böyük Britaniya münasibətləri və əlaqələrin dərinləşdirilməsinin perspektivləri müzakirə olunub. Daha sonra Azərbaycanın Avroatlantik məkana inteqrasiya olunma cəhdləri, superdövlətlərlə münasibətlərin daha da sıxlaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə regionda və ölkədəki siyasi durum, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı və digər məsələlər haqda danışılıb.

Görüşdə MMP ilə Böyük Britaniya səfirliyi arasında mütəmadi olaraq bu cür müzakirələrin keçirilməsi məqsədəuyğun hesab edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR