Mədəniyyət və Turizm Nazirliyi bir sıra mehmanxana və mehmanxana tipli obyektləri dövlət təsnifatından keçirib

Mədəniyyət və Turizm Nazirliyi bir sıra mehmanxana və mehmanxana tipli obyektləri dövlət təsnifatından keçirib
# 08 may 2012 07:48 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir neçə mehmanxana və mehmanxana tipli obyektlər müvafiq dövlət təsnifatından keçirilib.

Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, onlara müvafiq ulduz kateqoriyası verilib. “Qaşaltı” sanatoriyasına (ünvan: Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndi ərazisi) - 5 ulduz, “Museum Inn” mehmanxanası (ünvan: Q.Məhəmməd küç. ev 3, mənzil 1) - 4 ulduz və “Noah’s Ark” mehmanxanası (ünvan: Bakı şəh. 4-cü Kiçik Qala döngəsi13/37) - 2 ulduz kateqoriyası verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR