Azərbaycanda baş verən avtomobil qəzasında 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb

Azərbaycanda baş verən avtomobil qəzasında 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb
# 08 iyul 2012 12:11 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə iyulun 8-i saat 03:00 radələrində magistral yolun 183-cü kilometrliyində, Kürdəmir rayonu Karrar kəndi ərazisindən keçən hissəsində qeyd alınıb.

Kürdəmir sakini, 1967-ci il təvəllüdü Əliyev Heydər Dövlət oğlunun idarə etdiyi 52 BA 638 dövlət nömrə nişanlı, VAZ-2106 markalı minik maşını qarşı tərəfdən gələn, Bakı sakini, 1950-ci il təvəllüdlü Məmmədov Aydın Allahverdi oğlunun idarə etdiyi 90 JG 110 dövlət nömrə nişanlı, DAF markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Heydər Əliyev və sərnişinlər -1996-cı il təvəllüdlü Həşimov Kənan Sənan oğlu və 1969-cu il təvəllüdlü Rəhimov Rəşad Tahir oğlu hadisə yerində ölüb, 1983-cü il təvəllüdlü Rəhimov Ayaz Tahir oğlu isə ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR