İstanbulda Avropa Şurasının sosial birlik məsələlərinə məsul nazirlərinin ikinci konfransı keçirilib
12 oktyabr 2012 14:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Oktyabrın 11-12-də Türkiyənin İstanbul şəhərində Avropa Şurasına (AŞ) üzv dövlətlərin sosial birlik məsələlərinə məsul nazirlərinin “Hamı üçün təhlükəsiz gələcəyin yaradılması” mövzusunda ikinci konfransı keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransda çıxış edən Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik ölkəsində əmək və sosial müdafiə, gənclərin məşğulluğu, sosial birlik məsələlərinin həlli sahəsində aparılan siyasət, əldə olunan uğurlar barədə məlumat verib.
F.Ələkbərov isə Azərbaycanda dayanıqlı sosial-iqtisadi tərəqqiyə nail olunması, sosial proqramların icrası, sosial birlik məsələlərinin həlli, xüsusilə böhran şəraitində həssas əhali təbəqəsinin güclü müdafiəsi mexanizminin qurulması, bu sahələrdə qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə növbəti konfransının 2015-ci ildə Azərbaycanda keçirilməsi qərara alınıb. Konfransın yekunu olaraq Nazirlər Bəyannaməsi qəbul olunub.

Sosial
Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralılar var - FOTO
16:49
19 may 2024
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:31
19 may 2024
2023-cü ildə 0-17 yaş aralığında 190 nəfər şəxsdə talassemiya xəstəliyi aşkar edilib
15:56
19 may 2024
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
15:50
19 may 2024