Gürcü ekspert: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti səmərəsizdir”

Gürcü ekspert: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti səmərəsizdir”
# 19 oktyabr 2012 12:51 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin tənzimlənməsi istiqamətində atdığı addımların müsbət cəhəti yalnız problemin həllinin hərbi müstəviyə keçməsinin qarşısını almaqdan ibarət olub”. APA-nın məlumatına görə, bunu beynəlxalq problemləri araşdıran jurnalistlərin növbəti toplantısında Gürcüstanda fəaliyyət göstərən Münaqişə və Danışıqlar üzrə Beynəlxalq Mərkəzin məsləhətçisi Marion Kipiani deyib.

Toplantıda Gürcüstanda keçirilən seçkilərin nəticələri, dünyada və regionda baş verən münaqişələr müzakirə obyekti olub. Dağlıq Qarabağ münaqişəsinə toxunan M. Kipiani münaqişənin həlli istiqamətində heç bir irəliləyişin olmadığını, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin səmərəsiz olduğunu bildirib: “Minsk Qrupunun fəaliyyətində qapalı məqamlar çoxdur. Hesab edirəm ki, problemin həlli üçün qrupun formatında müəyyən dəyişikliklər edilməlidir. Həmçinin bu problemin həllində cəmiyyətin rolu da artırılmalıdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə beynəlxalq müstəvidə gedən proseslərə və Suriyada vətəndaş qarşıdurmasına münasibət bildirib. O, Suriyada Əsəd rejiminin hələ də hakimiyyəti əlində saxlamasını beynəlxalq təzyiqlərin yetərincə olmaması ilə əlaqələndirib: “Avropa Birliyində bir xaos yaşanması, ABŞ-da seçkilərin yaxınlaşması Suriyaya kənar müdaxilələri qeyri-mümkün edən amillərdən sayılır. Bu ölkəyə qarşı sanksiyaların gücləndirilməsi planlaşdırılır. Lakin hazırda beynəlxalq aləm Suriya məsələsində qəti qərar verməyib”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR