Azad Rəhimov YAP Gənclər Birliyinin üzvləri ilə görüş keçirib - FOTO

Azad Rəhimov YAP Gənclər Birliyinin üzvləri ilə görüş keçirib - <font color=red>FOTO</font>
# 18 may 2012 13:16 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüş keçirib. APA-nın məlumatına görə, A.Rəhimov görüşdə Azərbaycanda gənclərin üzərinə düşən vəzifələrdən danışıb. O deyib ki, ölkədə gəncliyin inkişafı, potensiallarının üzə çıxarılması üçün şərait yaradılıb.

Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov təşkilatın əsas prioritet istiqamətləri haqqında məlumat verib. Onun sözlərinə görə, təşkilatın əsas fəaliyyət istiqamətləri Gənclər Birliyinin beynəlxalq və regional əlaqələrinin gücləndirilməsi, gənclər arasında ideoloji işin aparılmasıdır. Birlik sədri təşkil etdikləri yay məktəbləri haqqında da danışıb. O bildirib ki, ötən il keçirilən yay məktəbində 600 gənc iştirak edib və iştirakçıların əksəriyyəti regionları təmsil edən gənclərdən ibarət olub. Naxçıvanda gənclərin zona müşavirəsinin keçiriləcəyini deyən S. Orucov tədbirin mayın sonu, iyunun əvvəlində baş tutacağını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR