Bakı-Şamaxı yolunda avtomobil dərəyə yuvarlanıb, 4 nəfər ölüb – YENİLƏNİB - SİYAHI

Bakı-Şamaxı yolunda avtomobil dərəyə yuvarlanıb, 4 nəfər ölüb – <font color=red>YENİLƏNİB - SİYAHI</font>
# 06 mart 2012 11:21 (UTC +04:00)
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə bu gün Bakı-Şamaxı yolunun 25-ci kilometrliyində qeydə alınıb. “Mitsubishi Pajero” markalı maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə biri qadın olmaqla, maşında olan 4 nəfər hadisə yerində dünyasını dəyişib.

Hadisə yeri müayinə edilib. Qəzada ölən şəxslərin 45 yaşlı Mahir Tahir oğlu Nəbiyev, 50 yaşlı Azər Qaçay oğlu Şirinov, 66 yaşlı Nadir Əli oğlu Əliyev və onun həyat yoldaşı, 64 yaşlı Mayram Ananova olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR