Tacikistanda beynəlxalq iqtisadi forum keçiriləcək

Tacikistanda beynəlxalq iqtisadi forum keçiriləcək
# 03 oktyabr 2012 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 11-12-də Tacikistanın Soqd vilayətində Tacikistan İqtisadi İnkişaf və Ticarət Nazirliyinin və Soqd vilayəti İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə «Soqd vilayətinin investisiya potensialı» mövzusunda beynəlxalq iqtisadi forum keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, sözügedən forumda iştirak etmək üçün Azərbaycan iş adamları da dəvət olunub. Forumda iştirakda maraqlı olan iş adamları (+992 47) 701 45 29 telefon nömrəsi ilə əlaqə saxlaya bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR