QAT Milli Məclis üzvlərinin Ermənistana səfərinə kəskin reaksiya verib

QAT Milli Məclis üzvlərinin Ermənistana səfərinə kəskin reaksiya verib
# 21 fevral 2012 12:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) bir qrup azərbaycanlı deputatın Ermənistan paytaxtına səfər etməsi ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Milli Məclisin deputatları Rövşən Rzayev, Azay Quliyev və Fərəc Quliyevin İrəvana səfəri pislənilib: “Bu cür səfərlərə heç bir adla - istər AVRONEST Parlament Assambleyası, istərsə də başqa bir tədbir olsun - bəraət yoxdur. Bu, erməni siyasətidir və işğal faktını unutdurmağa çalışırlar. Bu səfərlərə gedənlər bilməlidirlər ki, birmənalı şəkildə erməni siyasətinə xidmət edirlər. Bunu milli maraqlara xəyanət hesab edirik. Şəhidlərimizin ruhları onları heç vaxt bağışlamayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR