«McDonalds»ın mənfəəti 5% artıb

«McDonalds»ın mənfəəti 5% artıb
# 21 aprel 2012 16:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fast-fud tipli restoranlar şəbəkəsi olan «McDonald’s»ın xalis mənfəəti 2012-ci ilin I rübündə 5% artaraq 1,266 mlrd. dollara çatıb. «APA-Economics»in məlumatına görə, şəbəkənin gəlirləri 7% artaraq 6,546 mlrd. dollara çatıb ki, bu da əvvəlki proqnozlara uyğundur.

Həmçinin illik proqnozlara əsasən, şəbəkənin 2012-ci ildə gəlirləri 28,4 mlrd. dollar səviyyəsində gözlənilir.

Qeyd edək ki, «McDonald’s» 1955-ci ildə təsis olunub, şəbəkənin 100 ölkədə, o cümlədən Azərbaycanda restoranları var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR