Lənkəran-Astara bölgəsi çaylarında sululuq artıb

Lənkəran-Astara bölgəsi çaylarında sululuq artıb
# 05 noyabr 2012 09:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Son günlər yağan leysan xarakterli yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Lənkərançayın Lənkəranda səviyyəsində 39 sm, Sifidorda 20 sm, Vəşərüçayın Daştatükdə səviyyəsində 37 sm artım qeydə alınır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-145, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Noyabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 72 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 5 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir.

Noyabrın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində səviyyəsində 13 sm, Şirvanda 3 sm azalma, Salyanda 15 sm, Bankədə 2 sm, Araz çayının Novruzlu məntəqəsində isə 4 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 sm, Şirvanda 247 sm, Salyanda 195 sm, Bankədə 215 sm, Araz çayının Novruzlu məntəqəsində isə 180 sm təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR