Azər Mirzəyev müalicəsini evdə davam etdirəcək

Azər Mirzəyev müalicəsini evdə davam etdirəcək
# 29 sentyabr 2012 09:40 (UTC +04:00)
Teatrın aktyoru Elxan Quliyevin APA-ya verdiyi məlumata görə, Azər Mirzəyev bu barədə həkimlər ötən qərar veriblər, bununla belə, aktyor bir müddət həkim nəzarətində olacaq. E. Quliyevin sözlərinə görə, Azər Mirzəyevin ayaqları üçün xüsusi müalicə kursu da həyata keçiriləcək: “Əslində ürəyindəki vəziyyət dəyişməyib. Evdə ayaqları mütəmadi olaraq masaj olunacaq. Söz verilib ki, iki həftəyə ayağa qalxa biləcək. Amma Azərin yaxın müddət üçün səhnəyə çıxması çətin məsələdir. Ümid edək ki, hər şey daha yaxşı olacaq və o, səhnəyə çıxacaq”.

E. Quliyevin bildirdiyinə görə, Azər Mirzəyevin ürəyində aparılması nəzərdə tutulan cərrahiyyə əməliyyatı təxirə salınıb: “Həkimlərin məsləhəti ilə əməliyyatın olmamasına qərar verildi. Bu, Azər üçün daha yaxşı olacaq. Danışa bilir, hər şeyi anlayır, yaxınlarda onu ayaq üstə də görəcəyik”.

Qeyd edək ki, Azər Mirzəyev sentyabrın əvvəllərində ürək çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Daha sonra Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb. Əvvəl onun ürəyində cərrahiyyə əməliyyatı nəzərdə tutulsa da, sonradan həkimlər bu əməliyyatın olmamasına qərar veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR