Gürcüstanın Borjomi rayonunun Sakire kəndi yaxınlığında yerləşən meşə ərazisində dünən axşam saatlarından başlamış yanğını lokallaşdırmaq hələ mümkün olmayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, yanğın olan əraziyə gedən yolun təmizlənməsi üçün hadisə yerinə traktor cəlb olunub.
Yanğının daha geniş əraziyə yayılması təhlükəsi yoxdur. Hadisə yerinə 60-a yaxın yanğınsöndürən və Fövqəladə halların idarə olunması Xidmətinin 25 əməkdaşı cəlb olunub. Yanğının təxminən 5-6 min min kv. metr sahəni əhatə etdiyi bildirilir. Yanğının söndürülməsinə helikopterin cəlb olunması hələ nəzərdə tutulmur.
Qeyd edək ki, ötən ilin avqustunda Borjomi dərəsində baş vermiş güclü meşə yanğınları 752 hektar ərazini əhatə etmişdi.