Xədicə İsmayılova ölkədən çıxışına qadağanın götürülməsi ilə bağlı apellyasiya şikayəti verib

Xədicə İsmayılova ölkədən çıxışına qadağanın götürülməsi ilə bağlı apellyasiya şikayəti verib
# 12 iyul 2016 12:26 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Jurnalist Xədicə İsmayılova ölkədən çıxışının qadağan edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

APA-nın xəbərinə görə, bu barədə X. İsmayılova özünün “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR