Nyu-York prokurorluğu AÇQ-nin səhmdarının fəaliyyətini yoxlayır

Nyu-York prokurorluğu AÇQ-nin səhmdarının fəaliyyətini yoxlayır
# 17 sentyabr 2016 09:01 (UTC +04:00)

Bakı - APA-Economics. Nyu-York prokurorluğu "Exxon Mobil" korporasiyasının fəaliyyətinə dair yoxlamalara başlayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Reuters" agentliyinə vəziyyətlə tanış mənbə bildirib.

Bildirilir ki, prokuror Erik Şnayderman korporasiyanın hesabatlılıq metodikasını yoxlayır. Enerji nəhəngi neftin kəskin ucuzlaşmasından sonra aktivlərinin həcminə yenidən baxmamaqda ittiham olunur.

"Qara qızıl"ın kəskin ucuzlaşmasından sonra bir sıra iri neft-qaz şirkətləri aktivlərinin dəyərini yenidən qiymətləndirib. "Exxon Mobil" isə hələ də buna qarşı çıxan yeganə neft şirkətidir.

Prokurorluq artıq 1 ildir "Exxon Mobil"in fəaliyyəti ilə maraqlanır. Öncə prokurorluq korporasiyanın investorlarına risklərin dəyişməsi ilə bağlı dəqiq informasiya verib-verməməsini araşdırıb.

"Exxon Mobil" rəsmisi isə bildirib ki, korporasiyanın (maliyyə - red.) nəticələri Qiymətli Kağızlar və Birjalar Komissiyasının və Maliyyə Uçotu Standartları Bürosunun hesabatlılıq standartlarına cavab verir.

Analitiklər isə hesab edir ki, prokurorluq orqanları korporasiyanın fəaliyyətində nöqsan aşkarlaya bilməyəcəklər.

"Jefferies" şirkətinin analitikləri qeyd edir ki, 2014-cü ilin əvvəlindən neft şirkətləri 103 mlrd. dollar həcmində aktivlərini silib. Analitiklər bu rəqəmin artacağını gözləyir.

Qeyd edək ki, "Exxon Mobil" Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi layihəsində 8%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR