Goranboyda yol qəzası baş verib, bir nəfər ölüb - VİDEO

Goranboyda yol qəzası baş verib, bir nəfər ölüb - <span style="color: red;">VİDEO
# 18 oktyabr 2015 22:37 (UTC +04:00)

Bakı-APA. Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, rayonun Səfikürd kəndində "VAZ-2106" və "VAZ-21010" markalı minik avtomobilləri toqquşub.

Nəticədə “VAZ-2106” markalı minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Cavadov Yalçın Bəylər oğlu hadisə yerində ölüb.

Onun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən maşından çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR