Komitə: Ötən il korporativ qiymətli kağızların ilkin bazarında durğunluq müşahidə olunub

Komitə: Ötən il korporativ qiymətli kağızların ilkin bazarında durğunluq müşahidə olunub
# 18 yanvar 2016 10:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il ərzində qlobal maliyyə və əmtəə bazarlarında baş verən proseslər ölkənin maliyyə sektoruna əhəmiyyətli dərəcədə təsir göstərib.

Bu barədə "APA-Economics"ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Dövr ərzində maliyyə sektorunda likvidliyin daralması nəticəsində investisiyaların uzunmüddətli aktivlərdən daha likvid və qısamüddətli aktivlərə yönlənməsi tendensiyası qiymətli kağızlar bazarını xarakterizə edən əsas amil olub. Ötən il istifadəyə verilən törəmə maliyyə alətləri platforması vasitəsilə həyata keçirilən törəmə qiymətli kağızlarla əməliyyatlarda müşahidə olunan pozitiv trendlərə baxmayaraq, dövlətin monetar və fiskal siyasətinin dəyişməsi nəticəsində dövlət qiymətli kağızlar bazarının azalması,

eləcə də son illər ərzində kapital bazarlarının lokomotivi rolunu oynayan korporativ qiymətli kağızlar sektorunda müşahidə olunan geriləmə qiymətli kağızlar bazarında əqdlərin həcminin ötən illə müqayisədə 21% azalaraq 10,5 milyard manat təşkil etməsi ilə nəticələnib", - deyə məlumatda bildirilir.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarında əqdlərin həcmi orta aylıq 89%

artaraq 4,2 mlrd. manata çatıb: "Korporativ qiymətli kağızların ilkin bazarında durğunluq müşahidə olunsa da, bu alətlərlə təkrar bazar əməliyyatları 59% artaraq 2,3 mlrd. manat təşkil edib. Cari ildən etibarən səhm bazarının aktiv iştirakçıları olan kommersiya banklarına qarşı kapital tələb artımının müddətinin bitməsi bazarın səhm seqmentinin ötən illə müqayisədə azalmasına səbəb olub. Belə ki, dövr ərzində səhmlərin yerləşdirilməsinin 76% geriləməsi bütövlükdə səhm bazarında əməliyyatların həcminin 49% azalaraq 656,9 mln. manat təşkil etməsi ilə nəticələnib. Buna baxmayaraq, investorların vəsaitlərini qısamüddətli aktivlərə yönləndirilməsi tendensiyası nəticəsində səhmlərin təkrar bazarı 8,5 dəfə artaraq 1,6 milyard manat təşkil edib".

Komitədən bildirilib ki, maliyyə sektorunda likvidliyin daralması investorların vəsaitlərini daha likvid kağızlara yönləndirilməsinə sövq edib, investisiyaların səhm qiymətli kağızlarından daha likvid milli, eləcə də xarici valyutada nominasiya edilmiş korporativ istiqrazlara axınını təmin edib. "Belə ki, 2015-ci il ərzində korporativ istiqrazlar bazarında əqdlərin sayı ötən illə müqayisədə 39%, həcmi isə 2% artaraq 3,5 mlrd. manat təşkil edib. Korporativ istiqrazların ilkin bazarı ötən illə müqayisədə 25% azalaraq 1,6 mlrd. manat təşkil etməsinə baxmayaraq, bu növ alətlərin təkrar bazar ticarətinin ötən illə müqayisə də 47% artaraq 1,9 mlrd. manata yüksəlməsi bütövlükdə korporativ istiqrazlar bazarının müsbət artım dinamikasını təmin edib", - deyə məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR