"Nikoil Bank" ipoteka kreditləşməsi üzrə ixtisaslaşmış filialını yeni ünvana köçürüb

"Nikoil Bank" ipoteka kreditləşməsi üzrə ixtisaslaşmış filialını yeni ünvana köçürüb
# 13 oktyabr 2015 13:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İpoteka krediti üzrə portfelin kəskin artması və ipoteka krediti almaq arzusunda olan müştərilərin sayının yüksək olması ilə əlaqədar "Nikoil Bank"ın rəhbərliyi ipoteka kreditlərinin verilməsi üzrə ixtisaslaşmış №8 filialın müasir və geniş yerə köçürülməsi haqqında qərar qəbul edib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, oktyabr ayının 12-si filialın yeni ünvanda açılışı baş tutub.

İndi bank müştərilərə Bakı şəhəri, Salatın Əsgərova küçəsi 161 ünvanında yerləşən yeni ofisində xidmət göstərəcək. İpoteka kreditlərinin verilməsindən başqa filial həmçinin bütün standart bank əməliyyatlarını həyata keçirir. Burada siz kommunal ödənişləri həyata keçirə bilərsiniz, plastik kartları sifariş edərək qısa müddətdə əldə edə bilərsiniz, ölkə daxilinə və xaricinə pul köçürmələrini həyata keçirə bilərsiniz, istehlak kreditlərinin alınması üçün müraciət edə bilərsiniz, həmçinin bank xidmətlərinin bütün spektrindən istifadə edə bilərsiniz.

Dövlət ipoteka kreditləşdirməsinin şərtlərinə uyğun olaraq, kreditlər 3 ildən 25/30 ilə qədər, illik faiz dərəcəsi 4%/8% olmaqla, 50 min manat məbləğində verilir. Kreditin məbləği ipoteka götürülən daşınmaz əmlakın bazar dəyərinin 70%/80%-dən çox olmamalıdır. Belə ki, kredit üzrə ilkin ödəniş 30%/20% təşkil edir. İxtisaslaşdırılmış filialın açıldığı tarixdən (2006-cı ildən) bu günədək 51 mln. 75,045 min manat məbləğində 1 108 ipoteka krediti verilib.

Bunlardan güzəştli şərtlərlə 8 mln. 680,15 min manat dəyərində 235, adi şərtlərlə isə 36 394,895 min manat dəyərində 873 ipoteka krediti verilib. Bugünkü günə ipoteka kreditləri üzrə ixtisaslaşmış filialın portfeli 39 mln. 839,843 min manat (1 066 kredit) təşkil edir, bunlardan 222 kredit 8 mln. 984,822 min manat məbləğində - güzəştli, 844 kredit 30 mln. 855,021 min manat məbləğində isə adi kreditlərdir.

Cari ilin sentyabr ayında AİF tərəfindən “Nikoil Bank”a 1,5 mln. manat məbləğində limit ayrılıb. Qeyd olunan limit Banka aktiv şəkildə ipoteka kreditlərinin verilməsi üçün imkan yaradır. “Nikoil Bank” ipoteka kreditləşməsi nəticəsində, əhalinin maliyyə xidmətləri məsələləri üzrə maarifləndirmənin artırılması istiqamətində fəaliyyətini gücləndirib və əhalinin həyat səviyyəsinin yüksəldilməsi və mənzil ilə təmin olunması üzrə fəaliyyətini davam etdirir. Azərbaycan İpoteka Fondunun xətti ilə verilən İpoteka krediti, “Nikoil Bank”ın strateji istiqamətində prioritetlərdən biridir.

Bu gün “Nikoil Bank” İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “Nikoil Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR