ABŞ və Avropa fond bazarında əsas indekslər ucuzlaşıb

ABŞ və Avropa fond bazarında əsas indekslər ucuzlaşıb
# 06 aprel 2016 07:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,75% - 17 603,32 bəndədək, S&P 500 1,01% - 2 045,17 bəndədək, NASDAQ 0,98% - 4 843,93 bəndədək azalıb.

APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,19% - 6 091,23 bəndədək, Almaniya DAX-ı 2,63% - 9 563,36 bəndədək, Fransa CAC-40-ı 0,18% - 4 250,28 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,50 dollar ucuzlaşaraq 1 231,10 dollara, gümüş isə 0,02 dollar azalaraq 15,10 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR