Ucarda hamilə qadın dünyasını dəyişib

Ucarda hamilə qadın dünyasını dəyişib
# 19 yanvar 2016 07:06 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda hamilə qadın ölüb.

Ucar Mərkəzi Rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə gecə saatlarında baş verib.

Rayonun Qarabörk kənd sakini 1990-cı il təvəllüdlü, 35-36 həftəlik hamilə Ziyafət Əliyusif qızı Əliyeva gecə saatlarında ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Həkimlər ilkin tibbi yardım göstərsələr də, Z. Əliyeva orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR