Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edilib - YENİLƏNİB

Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edilib - <span style="color: red;">YENİLƏNİB
# 06 sentyabr 2016 11:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, şəxsiyyəti hələlik açıqlanmayan şəxs Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşlarının səyi nəticəsində binanın damından düşürülüb. İntihara cəhd edən şəxs izahatı alınmaq üçün polisə aparılıb.

Şahidlərin dediyinə görə, binanın damına çıxaraq intihar etmək istəyən şəxsin əlində içərisində benzin olan butulka da olub.

Faktla bağlı araşdırma aparılır.

***

Saat: 12.44

Bakı. Hafiz Heydərov – APA. Bakıda gənc oğlan intihar edəcəyini bildirib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, metronun Elmlər Akademiyası stansiyası ilə üzbəüz, Hüseyn Cavid prospekti 30 ünvanında beşmərtəbəli binanın damına çıxan oğlan özünü binadan atacağını deyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda intihar etmək istəyən şəxslə danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR