İnstitut direktoru: “Azərbaycanın bəzi çaylarında sel təhlükəsi var”

İnstitut direktoru: “Azərbaycanın bəzi çaylarında sel təhlükəsi var”
# 17 mart 2016 13:36 (UTC +04:00)



Bakı. Könül Kamilqızı -APA. “Hər il olduğu kimi bu il də Azərbaycanın bəzi çaylarında sel təhlükəsi var”.

APA-nın xəbərinə görə, AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib ki, Azərbaycan üçün sel təhlükəsi olan çaylar əsasən, Böyük Qafqazın cənub yamacındadır: "Bunlara Kiş, Girdiman, Gömrük çay və başqaları daxildir. Kiçik Qafqazda da bəzi çaylarda - Şəmkir, Ağstafa çayları, cənub bölgəsinin Lənkəran-Talış zonasında olan çaylarda da sel təhlükəsi var, amma bu çaylarda sellə bağlı proqnozlar elə də pis deyil".


R. Məmmədov əlavə edib ki, Azərbaycanın hansı ərazisində və çaylarında sel təhlükəsinin olacağı barədə məlumatlar əvvəldən bilinir: "Sadəcə olaraq ,həmin məlumatların bazası yoxdur. Bu məlumatları bir yerə yığaraq nizamlamaq lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR