"Günəşli" yatağındakı qəza ilə bağlı "PAŞA Həyat Sığorta"ya 57 müraciət daxil olub

"Günəşli" yatağındakı qəza ilə bağlı "PAŞA Həyat Sığorta"ya 57 müraciət daxil olub
# 23 dekabr 2015 08:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Günəşli" yatağında baş vermiş qəza ilə bağlı SOCAR-ın müvafiq idarələrindən "PAŞA Həyat Sığorta" ASC-yə ümumilikdə 57 müraciət daxil olub.

"PAŞA Həyat Sığorta"nın rəsmi nümayəndəsi Elnur Hüseynquliyevin "APA-Economics"ə verdiyi məlumata görə, baş vermiş hadisə ilə bağlı daxil olmuş müraciətlərin 30-u ölüm, 27-si isə xəsarət hallarına görədir.

"Hazırda müraciətlər üzrə sığorta ödənişlərinin verilməsi üçün ölən və xəsarət alan şəxslərlə bağlı müvafiq dövlət qurumlarından lazım olan digər sənədlər toplanılır", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR