Bərdədə vətəndaşların bank hesablarından oğurluq edən şəxs tutulub

Bərdədə vətəndaşların bank hesablarından oğurluq edən şəxs tutulub
# 28 yanvar 2016 09:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bərdədə vətəndaşların bank hesablarından pul oğurlayan şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Səbirə Ələkbərovanın, Qaraş Alıyevin və Sevinc Xəlilovanın “Kapital bank”dakı hesablarından ümumilikdə 375 manat oğurlamış rayon sakini Kənan Hüseynov tutulub.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR