Rusiyada narkotik satışı ilə məşğul olan Azərbaycan vətəndaşına 20 il həbs cəzası verilib

Rusiyada narkotik satışı ilə məşğul olan Azərbaycan vətəndaşına 20 il həbs cəzası verilib
# 20 oktyabr 2015 09:28 (UTC +04:00)

APA-nın “procrf.ru” saytına istinadən verdiyi xəbərə görə, F. Dibirovun 2015-ci ilin əvvəlindən Verxni Taqildə narkotik vasitələrin qeyri-qanuni satışı ilə məşğul olduğu bildirilir.

Müəyyən olunub ki, o, narkotik aludəçisi olmayıb, sırf maddi marağa görə bu işlə məşğul olub.

Qeyd edək ki, F. Dibirov 2015-ci ilin fevralında evində axtarış aparılan zaman saxlanılıb. Onun mənzilindən 16 qram heroin aşkarlanaraq götürülüb.

Kirovoqrad şəhər məhkəməsi F. Dibirovu 200 min rubl cərimə etməklə, ciddi rejimli cəzaçəkmə müəssisəsində 20 il həbs cəzasına məhkum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR