Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər

Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər
# 04 aprel 2016 20:02 (UTC +04:00)

Bakı-APA. Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər.

APA-nın məlumatına görə, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müdafiə ordusunun operativ şöbəsinin rəisi polkovnik" Vitaliy Arustamyan deyib ki, təkcə aprelin 2-nə keçən gecə baş vermiş insident nəticəsində Ermənistan tərəfdən 20 hərbçi ölüb, 26-sı itkin düşüb, 72 nəfər isə yaralanıb.

Arustamyan, həmçinin, 8 strateji yüksəkliyin Azərbaycan Ordusunun nəzarətinə keçdiyini də etiraf edib.

Qeyd edək ki, bundan əvvəl də Ermənistan prezidenti Serj Sarkisyan daha 18 hərbçinin öldüyünü açıqlamışdı.

Məlumatlara görə, son insidentdə ermənilərin 140-dən hərbçisi məhv edilib və itkin düşüb, 500-dək isə yaralı var.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR