Rusiya Ermənistandakı aviabazasına yeni helikopterlər göndərib

Rusiya Ermənistandakı aviabazasına yeni helikopterlər göndərib
# 08 dekabr 2015 09:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya Ermənistanda dislokasiya olunmuş Erebuni aviabazasına helikopterlər göndərib.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, artıq 7 ədəd müasir Mi 24P hücum və Mi-8 MT nəqliyyat helikopteri göndərilib.

Məlumata görə, cari ilin sonunadək əlavə bir partiya helikopterlərin göndərilməsi də planlaşdırılır.

Qeyd edək ki, Rusiyanın Erebuni aerodromunda dislokasiya olunan aviabazası 1995-ci ildən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR