Vladimir Putin: "Türkiyə-Rusiya ikitərəfli münasibətlərin korlanmasından çox təssüflənirəm"

 Vladimir Putin: "Türkiyə-Rusiya ikitərəfli münasibətlərin korlanmasından çox təssüflənirəm"
# 30 noyabr 2015 19:59 (UTC +04:00)

Moska. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətlərin korlanmasından təəssüf hissi keçirdiyini söyləyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Parisdə BMT-nin iqlim dəyişikliyi konfransı çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin yekunlarına dair mətbuat konfransında çıxış edən Vladimir Putinə Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin bu vəziyyətə düşməsinə təəssüflənib-təəssüflənməməsi ilə bağlı sual ünvanlanıb.

"Hesab edirəm ki, biz hamımız çox təəssüflənirik. Şəxsən mən çox təssüflənirəm, çünki bu uzun müddət ərzində münasibətlərin möhkəmlənməsi üçün çox şey etmişəm",- deyə Putin suala cavabında bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR