Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 12 oktyabr 2015 10:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95-105, Kiçik Qafqazın çaylarında 140-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, oktyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 139 m3/s olmaqla ongünlük normanın 82 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 182 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 82 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 168 m3/s təşkil edərək ongünlük normanın 157 faizinə bərabər olub.

Oktyabrın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 12, Salyanda 43, Bankədə 30, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 sm (2014-cü il oktyabrın 12-də 334 sm), Şirvanda 249 sm (2014-cü il oktyabrın 12-də 199 sm), Salyanda 187 sm (2014-cü il oktyabrın 12-də 150 sm), Bankədə 175 sm (2014-cü il oktyabrın 12-də 178 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2014-cü il oktyabrın 12-də 48 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR