Çaylarda suyun artması Quba və Qusarda fəsadlar yaradıb

Çaylarda suyun artması Quba və Qusarda fəsadlar yaradıb
# 18 aprel 2016 11:22 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Ötən gün şimal bölgəsinin dağlıq ərazilərinə yağış yağması və çaylarda suyun səviyyəsinin artması bir sıra fəsadlar yaradıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Xanəgah kəndində Cağacuq çayında suyun səviyyəsinin artması nəticəsində kənd yolu dağılıb.

Quba rayon İcra Hakimiyyətinin Rustov İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi Fikrət Məmmədov APA-ya bildirib ki, dünən gələn sel yolu yuyub aparıb. Onun sözlərinə görə, dəyən ziyanın aradan qaldırılması üçün əraziyə texnika cəlb olunub. Qusar rayon Fövqəladə Hallar Komissiyasında verilən məlumata görə, güclü yağışdan sonra Kuzun kəndində iki yaşayış evinin həyəti çınqıl daşları ilə dolub. Həyətlərin təmizlənməsi üçün əraziyə texnika göndərilib. Kuzun və Çağar -Çətkün kənd yolları bağlanıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR