İndoneziyada vulkan qurbanlarının sayı 6 nəfərə çatıb

İndoneziyada vulkan qurbanlarının sayı 6 nəfərə çatıb
# 22 may 2016 07:03 (UTC +04:00)

Bakı-APA. Şənbə günü İndoneziyanın Şimali Sumatra adasında Sinabunq vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İndoneziyanın Təbii fəlakətlərlə mübarizə üzrə idarəsinin nümayəndəsi Sutopo Purvo Nuqroxo bildirib.

Üç nəfərin durumu ağırdır.

Qeyd edək ki, bundan əvvəl vulkan püskürməsi nəticəsində 3 nəfərin öldüyü bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR