Uorlik: “Həmsədrlər Kerri, Putin və Ollandın vasitəçilik səyləri nəticəsində prezidentlərin iştirakı ilə üçtərəfli görüşlərin təşkil edilməsini dəstəkləyir”

Uorlik: “Həmsədrlər Kerri, Putin və Ollandın vasitəçilik səyləri nəticəsində prezidentlərin iştirakı ilə üçtərəfli görüşlərin təşkil edilməsini dəstəkləyir”
# 15 fevral 2016 10:18 (UTC +04:00)

Bakı-APA. “Münaqişənin hərtərəfli həll planının bir hissəsi olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxil olmaqla işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır.”

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsdəri Ceyms Uorlik “Amerikanın səsi”nə müsahibəsində bildirib.

C. Uorlik bildirib ki, Minsk Qrupu tərəflərin qəbul etdiyi danışıqlar formatıdır.

“Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə etiraz etmirik. Azərbaycan və Ermənistanın bu məsələni istədikləri kimi qaldırmaq hüquqlarını dəstəkləyirik. Ümid edirik ki, bu münaqişəni danışıqlar yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq Minsk Qrupu ilə sıx əməkdaşlıq edəcəklər.”

Amerikalı həmsədr münaqişənin həlli elementlərinin müzakirələrini davam etmək üçün xarici işlər naziri Elmar Məmmədyarovla hər zaman görüşməyə hazır olduqlarını diqqətə çatıdırıb.

“Biz inanırıq ki, sülh prosesində irəliləyiş əldə etmək üçün Azərbaycan və Ermənistan Prezidentlərinin arasında hər hansı bir dialoqun baş tutması vacibdir. Münaqişənin həllində hansısa bir irəliləyiş əldə etmək üçün həmsədrlər dövlət katibi Con Kerri, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Ollandın vasitəçilik səyləri nəticəsində prezidentlərin iştirakı ilə üçtərəfli görüşlərin təşkil edilməsini dəstəkləyir”-deyə C. Uorlik qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR