Vergilər nazirinin müavini BMT-nin xüsusi məruzəçisi ilə görüşüb

Vergilər nazirinin müavini BMT-nin xüsusi məruzəçisi ilə görüşüb
# 22 sentyabr 2016 13:15 (UTC +04:00)

Bakı - APA-Economics. Vergilər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst ilə görüş keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, vergilər nazirinin müavini İlkin Vəliyev Azərbaycanın vergi sistemində həyata keçirilən islahatlar və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, vergi orqanları hər zaman vətəndaşların hüquq və azadlıqlarının qorunması, idarəetmənin təkmilləşdirilməsi, vətəndaşların müraciətlərinə baxılması, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə insan hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələləri daim diqqətdə saxlayır.

M. Forst Azərbaycanla BMT arasında əməkdaşlığın böyük əhəmiyyət daşıdığını və əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini bildirib.

Görüşdə hüquq müdafiəçilərinin öz fəaliyyətlərini həyata keçirdikləri zaman üzləşdikləri maneələr, eləcə də vətəndaş cəmiyyəti qurumlarının və hüquq müdafiəçilərinin fəaliyyətlərinə təsir edən amillər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR