Ağdamda avtomobil yanıb - FOTO

Ağdamda avtomobil yanıb - <span style="color: red;">FOTO
# 20 noyabr 2015 10:10 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda avtomobil yanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Rayon sakini Mahir Nağıyevin 42 BG 424 dövlət nömrə nişanlı, “AUDİ” markalı avtomobili servisdə təmir zamanı alışıb. Alovu söndürə bilməyən qaynaqçı hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin yanğından mühafizə briqadasına müraciət edib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb.

Maşın yararsız hala düşüb. Hadisənin qaynaqçının ehtiyatsızlığından baş verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR