Türkiyə tərəfindən vurulan Rusiya təyyarəsinin “qara qutu”sunu oxumaq mümkün olmayıb

Türkiyə tərəfindən vurulan Rusiya təyyarəsinin “qara qutu”sunu oxumaq mümkün olmayıb
# 21 dekabr 2015 15:23 (UTC +04:00)

Bakı – APA. Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin “qara qutu”sunu oxumaq mümkün olmayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər. Nazirlikdən deyiblər ki, “qara qutu” o dərəcədə zədələnib ki, onun içərisindəki informasiyanı oxumaq qeyri-mümkündür. Belə ki, mikrosxemlərdən yalnız biri normal durumdadır, qalan 15-ci çox ciddi şəkildə zədələnib.

Xatırladaq ki, bu yaxınlarda “qara qutu” Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə canlı yayında açılıb. Lakin açıldıqdan sonra qutunun zədələndiyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR