Avqustda manat avroya qarşı 1% ucuzlaşıb - TƏHLİL

Avqustda manat avroya qarşı 1% ucuzlaşıb - <span style="color: red;">TƏHLİL
# 09 oktyabr 2015 12:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin avqust ayı üçün manatın xarici valyutalara qarşı rəsmi məzənnəsi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu ilin avqust ayında Azərbaycanda manata nəzərən ABŞ dollarının məzənnəsi 0,0005 manat və ya 0,05% zəifləyib. Əgər iyulda 1 dollar 1,0491 manat təşkil edirdisə, avqustda 1 ABŞ dolları 1,0486 manata düşüb.

Bu ilin yanvar ayı ilə müqayisədə avqustda milli valyutamızın dollara qarşı orta məzənnəsi 0,2642 manat və ya 33,68% azalıb.

Bivalyuta səbətinə daxil olan avroya gəlincə, avqustda Avropanın vahid valyutası manata nisbətən 0,0114 manat və ya 0,99% bahalaşıb. Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə avronun dəyəri 0,2518 manat və ya 27,51% artıb.

Avqustda Rusiya rublu manata nəzərən 0,0023 manat və ya 12,5% ucuzlaşıb. İlin əvvəli ilə müqayisədə isə Rusiyanın milli valyutası manata nəzərən 0,0037 manat və ya 29,84% bahalaşıb.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR