Azərbaycanın iri tikinti məhsulları istehsalçısı 4 yeni zavod tikmək niyyətindədir

Azərbaycanın iri tikinti məhsulları istehsalçısı 4 yeni zavod tikmək niyyətindədir
# 23 fevral 2016 10:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Mətanət-A" Azərbaycanda dörd yeni inşaatyönümlü zavod inşa edəcək. "APA-Economics" xəbər verir ki, bu barədə şirkətin direktoru Elxan Bəşirov deyib.

Onun sözlərinə görə, bunlardan biri Qazax rayonunda inşa olunacaq əhəng zavodudur: "Zavodun ümumi dəyəri 15 milyon manat təşkil edəcək. Burada ildə 50 min ton əhəng istehsal olunacaq. Zavodun fəaliyyətə başlaması ölkədə tikinti materiallarının idxalını azalmasına səbəb olacaq".

E. Bəşirli deyib ki, şirkət Bakının Qaradağ rayonunda alçipan istehsalı ilə məşğul olan zavod tikmək niyyətindədir. Zavodun ümumi dəyəri 30 mln. manatdır və onun illik istehsal gücü 8 mln. ton təşkil edəcək.

Şirkət həmçinin Qaradağ rayonunda mineral yun istehsal edən zavod da tikəcək. Müəssisənin illik istehsal gücü 35 min ton, ümumi dəyəri isə 55 mln. manat təşkil edəcək.

E. Bəşirli deyib ki, Bakının Balaxanı qəsəbəsində zənginləşdirilmiş kvars qum zavodunun inşası da şirkətin planları sırasına daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR