Azərbaycanda 12 illik təhsilə keçid zamanı ediləcək dəyişikliklər məlum olub

Azərbaycanda 12 illik təhsilə keçid zamanı ediləcək dəyişikliklər məlum olub
# 15 aprel 2016 10:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Dünyanın 173 ölkəsi 12 illik təhsilə keçib. Azərbaycanda da 12 illik təhsilə keçid məsələsinin rəsmi sənədlərdə əks olunması bu prosesdə bir çox məsələlərin həllinə geniş imkan yaradır”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov jurnalistlər üçün keçirilən təlimdə deyib. Onun sözlərinə görə, hazırda cəmiyyətdə keçidlə bağlı müzakirələr keçirilir, pedaqoji ictimaiyyətin fikri öyrənilir. A. Əhmədov qeyd edib ki, müzakirələrdə 5 variant təklif edilir: “12 illik təhsilə keçidlə bağlı məzmunda çox ciddi dəyişiklərin edilməsi nəzərdə tutulur. Bunun 10 ili icbarı, 2 ili tam orta təhsil olacaq. 11 illik təhsillə müqayisədə 12 illik təhsilə keçiddə 1 il artıq təhsil müddəti şagirdlərin yaş səviyyəsinə müsbət təsir edəcək. Bundan əlavə, məktəblərdə təlim yükünün yüngülləşdirilməsində 12 illik təhsilə keçid daha önəmlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR